Saytımızı qiymətləndirin


 
 

ÜST rəhbəri Yer kürəsində yeni təhlükəli virusun yarana biləcəyi barədə xəbərdarlıq edib
Tarix: 30-10-2021 | Saat: 08:12
Bölmə:Karusel / Dünya | çapa göndər

Tedros Adanom Qebreyesus

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus dünya ictimaiyyətini mövcud COVID-19 pandemiyasından dərs almağa və yeni pandemiyaya hazırlaşmağa çağırıb.

Qarabaginfo.az xəbər verir ki, Qebreyesus bu barədə Romada G20 maliyyə və səhiyyə nazirlərinin görüşündə deyib.

ÜST rəhbəri bildirib ki, Yer kürəsində yayılmasının qarşısını almaq qeyri-mümkün olan başqa bir virusun nə vaxtsa yaranması “bioloji baxımdan danılmazdır”.

“Bu pandemiyaya son qoysaq belə, yarana biləcək növbəti pandemiyaya hazırlaşmaq üçün bundan dərs çıxarmalıyıq”, - ÜST rəhbəri vurğulayıb.



Xəbəri paylaş

1334 dəfə oxunub.

Digər xəbərlər