Saytımızı qiymətləndirin


 
 

Zəngəzur dəhlizinə kim nəzarət edəcək? - Erməni deputat AÇIQLADI
Tarix: 29-10-2021 | Saat: 13:49
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Azərbaycan Ermənistan ərazisindən Naxçıvana yol əldə edəcək”.

 

Qarabaginfo/az xəbər verir ki, bunu Ermənistan Mülki Müqavilə Partiyasından olan deputat Qaqik Melkonyan deyib. Onun sözlərinə görə, Ermənistan tərəfi hətta bu yola nəzarət edə bilməyə bilər:

 

“Biz bunu “yol” adlandırırıq, onlar buna “dəhliz” deyirlər. Amma dəhliz verməyəcəyik, dəmiryolu və ya avtomobil yolu təqdim edə bilərik. Biz Qarabağa gömrük-keçid məntəqəsi olmadan, yalnız keçid məntəqələrindən keçərək gedirik, onlar da sərbəst girib-çıxacaqlar. Ağdərə-Vardenis, eləcə də Qazaxdan Gürcüstan istiqamətinə yollar açılmalıdır. Ermənistan hökuməti bununla təkcə Azərbaycanın Naxçıvan yol əldə etməsinə razılıq vermir, həm də erməni tərəfinin bu yola nəzarət edəcəyinə əmin deyil”.



Xəbəri paylaş

256 dəfə oxunub.

Digər xəbərlər