Saytımızı qiymətləndirin


 
 

Münhen Təhlükəsizlik Konfransının vaxtı bəlli olub
Tarix: 26-10-2021 | Saat: 13:56
Bölmə:Karusel / Siyasət | çapa göndər

Volfqanq İşinger

 

Münhen Təhlükəsizlik Konfransının vaxtı bəlli olub.

Qarabaginfo.az DPA agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Konfransın rəhbəri Volfqanq İşinger bildirib.

Onun sözlərin görə, Təhlükəsizlik Konfransı 2022-ci il 18-20 fevral tarixində keçiriləcək.

O bildirib ki, Konfrans iki ildən sonra iştirakçıların fiziki iştirakı ilə baş tutsa da koronavirus pandemiyası ilə əlaqədar say məhdudiyyəti tətbiq olunacaq.

"Şəxsi əlaqələrin bərpası, xüsusilə xarici siyasət qərarlarını qəbul edənlər arasında bərpası vacibdir, çünki bunlar incə məsələlərdir", - deyə İşinqer bildirib. Eyni zamanda o, Almaniyanın yeni hökumətinin konfransda öz xarici siyasət gündəliyini təqdim edəcəyinə ümid etdiyini vurğulayıb.

"Mən inanıram ki, gələcək kansler bu fürsətdən istifadə etmək istərdi. Bu, xarici işlər, müdafiə və kabinetin digər nazirlərinə də aid edilə bilər", - İşinger deyib.

Onun sözlərinə görə, forum iştirakçılarının sayının azalmasına baxmayaraq, yüksək rütbəli qonaqların sayında dəyişiklik olmayacaq.

"Mən güman edirəm ki, ABŞ həmişə olduğu kimi, çox yüksək səviyyədə təmsil olunacaq. Hesab edirəm ki, ən azı bir və ya iki nazir iştirak edəcək. Vitse-prezidentlər də əvvəlki illərdə Münhenə gəlmişdilər”, - deyə o bildirib. Bundan əlavə, Münhen Konfransının rəhbəri Çin və Rusiyadan yüksək səviyyəli iştirakçıların da forumda iştirakını gözlədiyini əlavə edib.

Konfransın mümkün gündəliyinə toxunan İşinger qeyd edib ki, mövzulardan biri Avropanın təhlükəsizlik və müdafiə siyasəti ilə bağlı olacaq: "Biz Münhen gündəmini elə strukturlaşdırmağa çalışacağıq ki, bu, Aİ-nin mart sammiti üçün hazırlıq olsun".(Apa)



Xəbəri paylaş

1262 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70