Saytımızı qiymətləndirin


 
 

Ali Radanın deputatı: "Zəngəzur dəhlizi inkişaf proqramına çevriləcək"
Tarix: 26-10-2021 | Saat: 10:54
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ali Radanın deputatı: Zəngəzur dəhlizi inkişaf proqramına çevriləcək

"Zəngəzur dəhlizi təkcə Türkiyə ilə yeni nəqliyyat əlaqəsi deyil. Bu, Azərbaycan və Ermənistanın müharibədən sonrakı böhrandan çıxmağa başlamasının bariz göstəricisidir".

Qarabaginfo.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Ukrayna Ali Radanın hakim "Xalqın xidmətçisi" Partiyasından olan deputatı Yuriy Kamelçuk bildirib.

O deyib ki, dünyada hələ heç bir ölkə səmərəli iqtisadi inkişaf strategiyasından uduzmayıb:

"İnanıram ki, yeni nəqliyyat marşrutlarının bərpası (Zəngəzur dəhlizi) və tikintisi tənəzzül yox, inkişaf proqramına çevriləcək. Mən ukraynalı siyasətçiyəm və kənar müşahidəçiyəm. Amma indi gördüyüm dinc birləşmədir. Axı Zəngəzur dəhlizi Naxçıvanı Azərbaycanın digər əraziləri ilə birləşdirəcək. Eyni zamanda, qeyd etmək istəyirəm ki, tikinti prosesində tərəfdaş seçimi həlledici rol oynayacaq. Azərbaycana düzgün seçim etməyi arzulayıram", - deputat əlavə edib.



Xəbəri paylaş

225 dəfə oxunub.

Digər xəbərlər