Saytımızı qiymətləndirin


 
 

Tatarıstanda yaşayış binasında partlayış olub, ölən və yaralananlar var
Tarix: 25-10-2021 | Saat: 19:33
Bölmə:Karusel / Dünya | çapa göndər

Tatarıstanda yaşayış binasında partlayış

Tatarıstanın Naberejnıye Çelnı şəhərində yaşayış binasında partlayış baş verib.

Qarabaginfo.az-ın Rusiya bürosunun məlumatına görə, yaşayış binasının iki mərtəbəsində bir neçə mənzil dağılıb.

Partlayış Yeni Şəhərdə, 48/21 ünvanında yerləşən panel beşmərtəbəli binada baş verib. Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilib.

İlkin məlumatlara görə, 4 nəfər yaralanıb, 32 nəfər təxliyə edilib, dağıntılar altında bir neçə nəfər qalıb.

Partlayşın qaz sızmasından baş verdiyi bildirilib.

Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin xilasetmə briqadaları işləyir.(Apa)



Xəbəri paylaş

1238 dəfə oxunub.

Digər xəbərlər