Saytımızı qiymətləndirin


 
 

Putin koronavirusla bağlı yeni göstərişlər verdi
Tarix: 25-10-2021 | Saat: 13:49
Bölmə:Karusel / Siyasət | çapa göndər

Putin koronavirusla bağlı yeni göstərişlər verdi

 

Rusiya Prezidenti Vladimir Putin ölkədə koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı bir sıra göstərişlər verib.

Qarabaginfo.az xəbər verir ki, Rusiya Prezidentinin sözügedən göstərişləri Kremlin saytında dərc olunub. 

Məlumata əsasən, Putin regional rəhbərlərə gecə əyləncə tədbirlərinin keçirilməsini qadağan etməyi tapşırıb. Bildirilir ki, yeni qaydalara əsasən, ictimai iaşə xidmətləri 23:00-dan 06:00 qədər fəaliyyət göstərməməlidir. 

Bununla yanaşı, Rusiya Prezidenti regionların qubernatorları və müəssisə rəhbərlərinə əməkdaşları koronavirusa qarşı peyvənd olunması halında iki günlük işdən möhlət vermələri tapşırılıb. Sözügedən günlər üçün əməkdaşların əmək haqqları saxlanılacaq.

Həmçinin Putin 60 yaşdan yuxarı olan və xroniki xəstəliyi olan əməkdaşların koronavirusa qarşı peyvənd olunmaları və immunitetin yaranması üçün 4 həftəlik distant iş rejiminə keçirmələri barədə tapşırıq verib. 

Eyni zamanda, Rusiya Prezidenti ölkədə koronavirus testlərinin əhatə dairəsinin artırılması ilə bağlı göstərişlər verib.

Bununla yanaşı, ölkə rəhbərinin tapşırıqları əsasında, COVID-19-lu xəstələrin stasionar müalicəsi üçün tələb olunan bahalı dərmanlar alınaraq bölgələrə çatdırılacaq. 

Qeyd edək ki, Rusiyada ötən sutka ərzində 37 930 yeni yoluxma halı qeydə alınıb. Bununla da, bu ölkədə pandemiya dövründə ümumi yoluxanların sayı 8 279 573-ə çatıb. Bununla yanaşı, son sutka ərzində Rusiyada 1 069 nəfər koronavirusdan dünyasını dəyişib və pandemiya ərzində virusdan ölənlərin sayı 231 669-a yüksəlib.



Xəbəri paylaş

224 dəfə oxunub.

Digər xəbərlər