Saytımızı qiymətləndirin


 
 

Mərmərədə gəmilər TOQQUŞDU
Tarix: 24-10-2021 | Saat: 11:48
Bölmə:Karusel / Region | çapa göndər

Mərmərə dənizində iki yük gəmisi toqquşub. Gəmilərdən birinin zədələndiyi və su buraxmağa başladığı, hər iki laynerin Çanaqqalanın Lapseki rayonuna aparıldığı bildirilir.


Qarabaginfo.az xəbər verir ki, qəzaya uğrayan "Benitamou" gəmisi Ukraynadan Çinə, "BC Vanessa" adlı gəmi isə Bolqarıstandan Misirə doğru hərəkət edirmiş. Qəza Türkiyənin Çanaqqala vilayətinin Gelibolu rayonu ilə Tekirdağın Şarköy rayonları arasındakı Doğanarslan bölgəsində baş verib.


Hadisənin bölgədəki qatı duman səbəbindən baş verdiyi ehtimal edilir.
İlkin məlumata əsasən, hadisə zamanı xəsarət alan olmayıb.(modern.az)



Xəbəri paylaş

1243 dəfə oxunub.

Digər xəbərlər