Saytımızı qiymətləndirin


 
 

Ermənistanda 1,7 milyon dollarlıq yeraltı sərvət  mənimsənilib
Tarix: 23-10-2021 | Saat: 08:45
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Ermənistanda 1,7 milyon dollarlıq yeraltı sərvət mənimsənilib

Ermənistanın Milli Təhlükəsizlik Xidməti yeraltı sərvətlərin istifadəsi sahəsində sui-istifadə hallarını aşkarlayıb.

Bu barədə Qarabaginfo.az Ermənistan mətbuatına istinadən xəbər verir.

Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin məlumatına görə, 2012-2019-cu illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şirkət Kotayk əyalətinin Zoravar icması ərazisində yeraltı istifadə icazəsi və digər sənədlər olmadan qanunsuz olaraq qazıntılar həyata keçirib.

Nəticədə bazaltın 250 min kubluq qanunsuz hasilat həyata keçirilib. Dövlətə 816,5 milyon dram ( 1,7 milyon ABŞ dollarından çox-red) məbləğində vergilər və başqa ödmələr həyata keçirilməyib.

Fakt üzrə cinayət işi qaldırılıb.



Xəbəri paylaş

1232 dəfə oxunub.

Digər xəbərlər