Saytımızı qiymətləndirin


 
 

Pakistanda qadağan olunmuş radikal islam təşkilatı 3 polis əməkdaşını öldürüb
Tarix: 23-10-2021 | Saat: 08:41
Bölmə:Karusel / Dünya | çapa göndər

Pakistanda qadağan olunmuş radikal islam təşkilatı 3 polis əməkdaşını öldürüb

Pakistanın şimal-şərqində yerləşən Pəncab əyalətinin Lahor şəhərində ölkədə fəaliyyəti qadağan edilmiş “Tehrik-e-Labbeyk Pakistan” (TLP) radikal islam təşkilatının tərəfdarları ilə toqquşma zamanı 3 polis əməkdaşı həlak olub, bir neçəsi yaralanıb.

Qarabaginfo.az yerli “Dawn” nəşrinə istinadən xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 22-də şəhərin müxtəlif yerlərində etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar olub. Bir neçə min TLP tərəfdarı bir gün əvvəl elan edilən hökumət əleyhinə yürüşdə iştirak etmək üçün Lahordan İslamabada gedərkən şəhər polisi tərəfindən saxlanılıblar.

Radikallar polisə dəyənək, daş parçaları və yanacaq dolu şüşələr atmağa başlayıb. Buna cavab olaraq asayiş keşikçiləri gözyaşardıcı qazdan istifadə ediblər.
Qarşıdurma zamanı 3 polis əməkdaşı həlak olub, daha bir neçəsi ağır vəziyyətdə xəstəxanalara çatdırılıb.

Pəncab əyalətinin baş naziri Usman Buzdar qurbanların ailələrinə başsağlığı verib və hadisəni törədənlərə qarşı sərt tədbirlərin görülməsi ilə bağlı göstəriş verib.(Apa)



Xəbəri paylaş

1239 dəfə oxunub.

Digər xəbərlər