Saytımızı qiymətləndirin


 
 

Rusiyada 5,6 bal gücündə zəlzələ olub
Tarix: 23-10-2021 | Saat: 08:34
Bölmə:Karusel / Region | çapa göndər

Rusiyada 5,6 bal gücündə zəlzələ olub

Rusiyanın Tuva muxtar respublikasında 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.

Moskva vaxtı ilə 02.03-də baş verən zəlzələ 5,6 gücündə qiymətləndirilib.

Təəbiət hadisəsinin episentri Çadan şəhərindən 7 kilometr aralıda, Dzun-Xemçik bölgəsində yerləşib.

İlkin olaraq 5,1 bal gücündə olduğu açıqlanan seysmik hadisənin episentrində intensivlik 6,3 bal olub.

Yeraltı təkanlar respublikanın qərb rayonlarında hiss olunub, itkilər və dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, zəlzələ qonşu Xakasiyada da hiss edilib.



Xəbəri paylaş

1229 dəfə oxunub.

Digər xəbərlər
18-09-2022, 17:04 Türk ordusu şəhid verdi