Saytımızı qiymətləndirin


 
 

Moldovada təbii qaz problemi: fövqəladə vəziyyət elan edilib
Tarix: 22-10-2021 | Saat: 19:54
Bölmə:Karusel / Region | çapa göndər

Moldova Parlamenti enerji sektorundakı böhranla əlaqədar olaraq fövqəladə vəziyyəti nəzərdə tutan hökumət fərmanını təsdiq edib. Moldova mətbuatı xəbər verir ki, plenar iclasda qətnamənin qəbul edilməsinə 101 deputatdan 55-i səs verib.

Moldovada fövqəladə vəziyyət rejimi oktyabrın 22-dən etibarən 30 gün davam edəcək.

Fövqəladə vəziyyət zamanı hökumət təbii qazın alınması üçün sürətləndirilmiş rejim işə salacaq və onun alınması üçün büdcədən lazımi vəsait ayıracaq. Bundan əlavə, təbii qazın verilməsini təmin etmək üçün operativ tədbirlərin görülməsi üçün lazımi qərarlar qəbul ediləcək.

Moldova ilə Rusiyanın enerji şirkəti "Qazprom" arasında təbii qazın tədarükü üzrə 30 sentyabr tarixində başa çatan müqavilənin uzadılması barədə hələ ki razılıq əldə olunmayıb. Hökumət Rumıniya, Ukrayna və digər ölkələrlə təbii qaz idxalı ilə bağlı danışıqlar aparır.



Xəbəri paylaş

1219 dəfə oxunub.

Digər xəbərlər