Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda daha 2 112 nəfər koronavirusa yoluxub, 18 nəfər ölüb
Tarix: 22-10-2021 | Saat: 18:44
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda daha 2 112 nəfər koronavirusa yoluxub, 18 nəfər ölüb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 112 yeni yoluxma faktı qeydə alınıb, 882 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 511 974 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 482 578 nəfər müalicə olunaraq sağalıb, 6 847 nəfər vəfat edib. 22 549 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 568, bu günə qədər isə ümumilikdə 5 081 920 test icra olunub.



Xəbəri paylaş

2227 dəfə oxunub.

Digər xəbərlər