Saytımızı qiymətləndirin


 
 

Bakının mərkəzində narkomanlar yuvası
Tarix: 21-10-2021 | Saat: 17:55
Bölmə:Karusel / Kriminal | çapa göndər

 

Bakının mərkəzində narkomanlar yuvası

Bakının Yasamal rayonu, Zivərbəy Əhmədbəyov 10 ünvanında yerləşən tikintisi yarımçıq qalmış parklanma yerinin ərazisinə toplaşan insanların mütəmadi olaraq narkotik qəbul etdiyi iddia olunur.

Sakinlərin sözlərinə görə, ərazidə hətta narkotik alqı-satqısı da həyata keçirilir.

Baku TV-nin əməkdaşları sözügedən ərazidə olub, iddialara aydınlıq gətirməyə çalışıb.

Adını vermək istəməyən 34 yaşlı sakin bildirib ki, o da əvvəllər narkotik istifadəçisi olub. Lakin indi bu bəladan qurtulmaq üçün mübarizə aparır.

 



Xəbəri paylaş

1271 dəfə oxunub.

Digər xəbərlər