Saytımızı qiymətləndirin


 
 

Nazirlik rəsmisi: "Bu günə qədər ölkədə 5 milyona yaxın insan peyvənd olunub"
Tarix: 20-10-2021 | Saat: 15:17
Bölmə:Karusel / Gündəm | çapa göndər

Təyyar Eyvazov: Hazırda yoluxanların böyük əksəriyyəti vaksin olunmayan şəxslərdir

“Hər bir peyvəndin özünün yan təsiri var. Bu yan təsirlər əksər halda oxşardır və gözləniləndir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Nazirlik rəsmisi əlavə edib ki, bu günə qədər ölkədə 5 milyona yaxın insan peyvənd olunub və bunun təhlükəsiz olduğunu görürük: “Əksəriyyət yüngül yan təsirlərdir. Onlar da maksimum 3 sutkadan sonra keçib gedir. Müalicə edilməsə belə keçir. Əgər nəsə narahatlıq olarsa, çoxlu maye qəbul etmək, istirahət etmək, temperatur atarsa parasetamol qəbulu mümkündür. Reaksiya güclüdürsə, ərazi üzrə ailə sağlamlıq mərkəzinə müraciət edilməli və həkimlər ona uyğun müalicə yazmalıdır”.



Xəbəri paylaş

267 dəfə oxunub.

Digər xəbərlər