Saytımızı qiymətləndirin


 
 

"Azərenerji"də 3 illik “Reabilitasiya Proqramı”nın icrası başa çatdırılıb
Tarix: 20-10-2021 | Saat: 09:52
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

Azərenerji ASC-dən elektrik enerjisilə bağlı AÇIQLAMA - Unikal.org

"İşğaldan azad edilən ərazilərlə paralel olaraq, enerjisistemdə yenidənqurma, bərpa və modernləşdirmə prosesi uğurla davam etdirilir".

Qarabaginfo.az xəbər verir ki, bunu “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev bildirib.

Onun sözlərinə görə, 2018-ci ildən Prezidentin tapşırığına əsasən, ölkə enerjisistemində başlayan yeni islahatlara uyğun olaraq, mövcud generasiya güclərinin potensialı artırılır, elektrik enerjisinin istehsalı və ötürülməsi sahəsində irimiqyaslı təmir, bərpa və yenidənqurma işləri həyata keçirilir.

B.Rzayev xüsusi olaraq diqqətə çatdırıb ki, 2018-ci ilin sentyabr ayında qəbul edilən “Reabilitasiya Proqramı”nın icrası bu il uğurla başa çatıb: “Proqramda nəzərdə tutulmuş bütün tədbirlər tam yerinə yetirilib. Həyata keçirilmiş modernləşmə işləri nəticəsində mövcud elektrik stansiyaların qış rejimində 1000 MVt, yay rejimində isə 800 MVt-dan çox “itirilmiş” generasiya gücləri bərpa edilib. “Reabilitasiya Proqramı” çərçivəsində istismar müddətini çoxdan başa vuran “Azərbaycan” İES-in hər biri ayrıca elektrik stansiyası statusunda olan 8 enerji bloku yenidən qurularaq 600 MVt-dək yük bərpa edilib, stansiyanın ömrü ən azı 20 il uzadılıb. Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasının 500 və 330 kV-luq yarımstansiyaları tamamilə yenidən qurulub”.



Xəbəri paylaş

1341 dəfə oxunub.

Digər xəbərlər