Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Ermənistana daha bir hərbçinin qalıqlarını təhvil verdi
Tarix: 19-10-2021 | Saat: 08:28
Bölmə:Karusel / Region | çapa göndər

Azərbaycan Ermənistan tərəfinə İkinci Qarabağ müharibəsi zamanı həlak olmuş daha bir hərbçinin qalıqlarını təhvil verib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın rəsmi qurumları məlumat yayıb.

Məlumata görə, qalıqların təhvil verilməsi Şuşada baş tutub.

Erməni tərəfi qalıqların məhkəmə-tibbi ekspertizasının nəticələrinə əsasən tanınacağını bildirir.

Beləliklə, müharibənin sonundan bəri erməni axtarış qrupları 1686 həlak olmuş əsgərin cəsədini və qalıqlarını tapa bilib.



Xəbəri paylaş

1232 dəfə oxunub.

Digər xəbərlər