Saytımızı qiymətləndirin


 
 

Boliviya Prezidenti sui-qəsd cəhdlərindən qorxmadığını bildirib
Tarix: 19-10-2021 | Saat: 08:23
Bölmə:Karusel / Siyasət | çapa göndər

Boliviya Prezidenti Luiz Arse

 

Boliviya Prezidenti Luiz Arse 2020-ci ildə ona qarşı sui-qəsd hazırlandığı məlum olduqdan sonra təhlükədən qaçmayacağını və bununla bağlı qorxmadığını açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, prezident bu barədə tvitter səhifəsində yazıb.

"Heç vaxt təhlükədən qaçmayacağıq, çünki qorxaqlıq bizi fiziki olaraq məhv etmək üçün bir yol axtaran düşməndən daha qorxuncdur!”, deyə Boliviya lideri vurğulayıb.

Qeyd edək ki, Boliviya Daxili İşlər Nazirliyi bazar ertəsi prezident Arseyə qarşı, daha sonra Haiti Prezidenti Jovenel Moizə sui-qəsd etməkdə şübhəli bilinən muzdlu əsgərləri saxlayıb.

Xatırladaq ki, iyulun 7-də Haiti Prezidenti Jovenel Moiz iqamətgahına hücum zamanı öldürülüb. Onun həyat yoldaşı isə bir neçə güllə yarası alıb.



Xəbəri paylaş

1243 dəfə oxunub.

Digər xəbərlər