Saytımızı qiymətləndirin


 
 

Zaur Əhməd: "Tahir müəllim bir dəfə də olsun, millətdən yana danışmadı"
Tarix: 19-10-2021 | Saat: 06:25
Bölmə:Karusel / Cəmiyyət / Yazar | çapa göndər

Qarabaginfo.az xəbər verir ki, millət vəkili Tahir Mirkişilinin səsləndirdiyi bu fikirlərə münasibət bildirən  tanınmış jurnalist Zaur Əhməd maraqlı məqamlara toxunub: “Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili səsləndirib. Komitə sədri olmağına baxmayın, Tahir müəllimin əsas statusu millət vəkilidir. Onu yaxından tanıyıram. Bir neçə dəfə görüşümüz də olub. Hətta bir dəfə Sumqayıtda dost məclisində, dost söhbəti eləməyə cəhd göstərdik. Suallarımız oldu. Xeyli problem qaldırdıq. Diqqət elədim, Tahir müəllim bir dəfə də olsun, millətdən yana danışmadı. Sanki hökumətin vəkiliymiş kimi, ancaq hökumətə sərf edən fikirlər səsləndirdi. Mən statusuna uyğun davranmayan insanları sevmirəm. “Ya göründüyün kimi ol, ya da olduğun kimi görün” devizi mənim üçün əsas olub. Millət vəkilisinizsə, o zaman millətin yanında olun.  Hökumət vəkilisinizsə, o zaman hökumətin yanında olun, məmur olun, işimizi bilək və sözünüzdə səmimiyyət axtarmayaq. Millətin sözünü deməyən adamlardan millətə vəkil olmaz. Bəlkə də məni haqsız çıxarmaq üçün hansısa arqumentlər gətirəcəksiniz. Amma minlərlə arqument və fakt ola, niyyət səmimi deyilsə, qəbul etmirəm”.



Xəbəri paylaş

489 dəfə oxunub.

Digər xəbərlər