Saytımızı qiymətləndirin


 
 

Meyxanaçı Cavid Sumqayıtlı həbs edilib
Tarix: 18-10-2021 | Saat: 16:34
Bölmə:Karusel / Kriminal | çapa göndər

Meyxanaçı Cavid Sumqayıtlı həbs edilib

 

Tanınmış meyxanaçı Cavid Sumqayıtlı (Babaşov) həbs edilib. 

Qarabaginfo.az xəbər verir ki, Sumqayıt şəhər sakini olan C. Babaşov narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün 15 may 2021-il tarixində Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib. C.Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda həmin şəxs barəsində istintaq araşdırmaları sona çatıb və iş baxılması üçün məhkəməyə göndərilib.



Xəbəri paylaş

272 dəfə oxunub.

Digər xəbərlər
6-05-2021, 12:57 Sabah hava necə olacaq?


Dünən, 14:45Tofiq Hüseynov - 70