Saytımızı qiymətləndirin


 
 

Şəkidə 51 yaşlı kişi bıçaqlanıb
Tarix: 18-10-2021 | Saat: 16:17
Bölmə:Karusel / Region / Kriminal | çapa göndər

 

Şəkidə 51 yaşlı kişi bıçaqlanıb

Şəki şəhərində bıçaqlanma hadisəsi baş verib.

Qarabaginfo.az-ın məlumatına görə, hadisə şəhərin N.Nərimanov prospektində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1970-ci il təvəllüdlü Murad Xeyrullah oğlu Səmədov şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı qonşusu Səlahəddin İsmayılov tərəfindən bıçaqlanıb. Kəsilmiş-deşilmiş bıçaq xəsarətləri alan 51 yaşlı M.Səmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Səlahəddin İsmayılov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.



Xəbəri paylaş

304 dəfə oxunub.

Digər xəbərlər