Saytımızı qiymətləndirin


 
 

20 nömrəli məktəb-liseydə 20 şagird və 15 müəllimdə koronavirus aşkarlanıb - YENİLƏNİB
Tarix: 18-10-2021 | Saat: 13:33
Bölmə:Karusel / Təhsil | çapa göndər

20 nömrəli məktəb-liseydə 20 şagird və 15 müəllimdə koronavirus aşkarlanıb - YENİLƏNİB


Paytaxtdakı 20 nömrəli məktəb-liseyin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bakı Şəhəri üzrə Təhsil idarəsindən verilən xəbərə görə, 20 nömrəli məktəb-liseyin 20 şagirdi və 15 müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub. Həmçinin COVİD-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 20 nömrəli məktəb-liseydə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

APA



Xəbəri paylaş

269 dəfə oxunub.

Digər xəbərlər