Saytımızı qiymətləndirin


 
 

Kamran Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb
Tarix: 15-10-2021 | Saat: 18:40
Bölmə:Karusel / Siyasət | çapa göndər

Kamran Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Azərbaycanın Baş prokuroru Kamran Əliyev arasında görüş keçirilib.

Qarabaginfo.az-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasının yaydığı məlumatda bildirilib.

Görüşdə Azərbaycan və Gürcüstan arasında mehriban qonşuluq münasibətləri və müxtəlif sahələrdə məhsuldar əməkdaşlıq məsələləri müzakirə olunub.

İki ölkə arasında strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb. Bölgədə təhlükəsizliyə olan təhdidlərə də diqqət yönəldilib və bu sahədə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın önəmi qeyd olunub.

Görüşdə Gürcüstanın Baş prokuroru İrakli Şotadze və Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də iştirak edib. 



Xəbəri paylaş

1225 dəfə oxunub.

Digər xəbərlər