Saytımızı qiymətləndirin


 
 

Baş Prokurorluq prokurorluq orqanlarına qəbulla bağlı müsabiqədən keçmiş namizədlərə müraciət edib
Tarix: 15-10-2021 | Saat: 17:33
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Baş Prokurorluq və DİN məlumat yaydı - "İki sahil"

Baş Prokurorluq tərəfindən Dövlət İmtahan Mərkəzi ilə birgə 08 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq elan edilmiş sayca 23-cü müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilib və imtahanın nəticələri Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az), habelə Baş Prokurorluğun (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) rəsmi internet səhifələrində yerləşdirilib.

Bu barədə Qarabaqinfo.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, test imtahanında müvəffəqiyyət qazanmış namizədlər aşağıda qeyd olunan sənədləri 16 oktyabr 2021-ci il tarixdən 30 oktyabr 2021-ci il tarixədək hər gün (həftənin bazar günləri istisna olmaqla) saat 09:30-dan saat 18:00-dək Baş Prokurorluğun inzibati binasının Qəbul otağında (Bakı şəhəri, N.Rəfibəyli küçəsi 7) Kadrlar idarəsinin əməkdaşına təqdim etməlidirlər:

- 3x4 sm ölçüdə 4 ədəd ağ fonda rəngli fotoşəkil;

- əmək kitabçasının notariat qaydasında və yaxud iş yeri üzrə təsdiq edilmiş surəti;

- yaşadığı ünvan üzrə poliklinikadan sağlamlıq barədə (forma № 086), habelə ruhi-əsəb və narkoloji dispanserlərdə qeydiyyatda olub-olmaması barədə arayışlar;

- yaşadığı ünvan və ailə tərkibi haqqında arayış;

- yaşadığı ünvan üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarında qeydiyyatda olması və həqiqi hərbi xidmət keçməsi barədə arayış;

- hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;

- həmçinin ilkin sənəd qəbulu zamanı elektron poçt vasitəsilə göndərilmiş sənədlər (müvafiq ərizə, şəxsiyyət vəsiqəsinin, ali təhsil haqqında diplomun, diplomun tanınması barədə şəhadətnamənin və diploma əlavənin (qiymət cədvəlinin) notariat qaydasında təsdiq olunmuş surətlərini, kadrlar uçotunun şəxsi vərəqəsini, tərcümeyi-halı və 4x6 sm ölçüdə 4 ədəd ağ fonda rəngli fotoşəkli).

Sənədlərin qəbulu koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən xüsusi rejimdə iş normalarına dair verilmiş təlimata uyğun olaraq aparılacaqdır.

Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82, 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

 



Xəbəri paylaş

1267 dəfə oxunub.

Digər xəbərlər