Saytımızı qiymətləndirin


 
 

Putin Qarabağ münaqişəsindən danışdı
Tarix: 15-10-2021 | Saat: 14:17
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiya prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edib.

 

Qarabaginfo.az xəbər verir ki, Putin Qarabağ məsələsinə də toxunub. O hazırkı vəziyyətlə bağlı rus xalqının deyimlərini yada salıb.

 

“Qarabağla bağlı bütün məsələlər Rusiyanın müdrik kəlmələrinin doğru olduğunu bir daha təsdiqəyir: "“Pis sülh, yaxşı müharibədən  üstündür”, “hər dava sülhlə bitir” və s.”.

 
Putin deyib ki, Rusiya sülhməramlıları Qarabağda atəşkəs rejiminin qarantıdır.


Onun sözlərinə görə, Rusiya sülhməramlı kontingentin köməyi ilə humanitar yüklər çatdırılır, ərazilər minalardan təmizlənir.



Xəbəri paylaş

400 dəfə oxunub.

Digər xəbərlər