Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu Əfqan Həmzəyevlə vida mərasimi keçirilir
Tarix: 15-10-2021 | Saat: 11:08
Bölmə:Karusel / Gündəm | çapa göndər

2021/10/sehid-1634277773.jpg

 
Ötən gün axşam saatlarında qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü Həmzəyev Əfqan Bəhman oğlu ilə Goranboyda vida mərasimi başlayıb.

Qarabaginfo.az-ın məlumatına görə, şəhidlə vida mərasimi doğulduğu Borsunlu kəndində keçirilir.

Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri növbəti dəfə terror aktı törədib. Müdafiə Nazirliyindən verilən xəbərə görə, oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.

Bu terror təxribat əməlinin araşdırılması üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə sorğu göndərilib.


Xəbəri paylaş

252 dəfə oxunub.

Digər xəbərlər