Saytımızı qiymətləndirin


 
 

Mən o İran casusunu tanıyıram…
Tarix: 14-10-2021 | Saat: 13:55
Bölmə:Karusel / Yazar | çapa göndər

Mən o İran casusunu tanıyıram…

Şirin quyruğu göründü. Höccətülislam vəlmüslimin Seyid Əliəkbər Ocaqnejadı deyirəm. İran parlamentinin qapalı toplantısına çağırılıb. Kəşfiyyatçılarla, casuslarla birlikdə onu da dəvət ediblər parlametə. Ki, 30 ildə Azərbaycanda öyrəndiklərini, bildiklərini, əlaqələrini, bizim zəif və güclü tərəflərimizi, ayrı-ayrı dövlət idarələrinə, dini qurumlara, cəmiyyətin müxtəlif təbəqələrinə yerləşdirə bildiyi, yetişdirdikləri haqda ətraflı məlumat versin.

Tanıdığım adamlar var. İllərdir Ocaqnejad Ağa haqda ağızdolusu danışırlar. Onun əsl ruhani olduğunu mənə inandırmağa çalışırdılar. Mən də onlara bu qədər sadəlöhv olmamağı tövsiyə edirdim. Bir az dünyanın gəlişindən-gedişindən xəbərdar olan adamlar Ağanın sadəcə ruhani olmadığını onsuz da bilrdilər. Amma mən bu adamların ayıq-sayıq olmağı, İran xəfiyyəsinin ünsürlərindən uzaq durmağı nə qədər tövsiyə etsəm də, nəticə əldə edə bilmirdim. İndi xəbərim yoxdur, bu hadisələrdən sonra onların düşüncələrində hər hansı dəyişiklik var, ya yox.

Bizim cəmiyyətdə istənilən dəyişikliyi, mövqe, xarakter dəyişikliyini hər zaman süngü ilə qarşılayıblar. Hətta iş yerini dəyişmək belə çox hallarda ağrılı prosesə çevirilib. Kor-koranə olaraq əgər adam qaranı ağ bilirsə, gərək axıra kimi sözünün üstündə dursun. Hətta yanlış olduğunu ona isbat etsən belə, heç nə dəyişmir. Çünki o sözü bütövdür, prinsipialdır və dönməzdir. Bu adamlar anlamırlar ki, mövqeyi, xarakteri daha yaxşı istiqamətə dəyişmək özünə, başqasına xəyanət deyil, inkişafdır. Dünya da bu dəyişikliklərin sayəsində var olur, sürətlə inkişaf edir. Dəyişməz qalmaq isə geridəqalmışlıqdır, İran olmaqdır.

O İran ki, min illərdir yalnız hamı tərəfindən bulanıq suda balıq tutan xarakteri ilə tanınıb. Dünyanın yazılı tarixindən hər kəsə bəllidir ki, İran gizli casusları ilə məşhur olub. Bəzən böyük dövlətlərin hökmdarları da öz ailəsinin içərisində İran casuslarının olmasından şübhələniblər. İran bu casuslar sayəsində hörüçmək toru şəbəkəsi quraraq qiyamlara nail ola bilib. Sui-qəsdlər, düşünən beyinləri məhv etmək, cəhaləti idarə etmək İranla heç bir dövləti səmimi qəlbdən dost olmağa həvəsləndirməyib. Çünki biliblər ki, əqrəb öz xarakterini dəyişməyəcək, dostunun kürəyinə minməyə imkan tapan kimi zəhərli quyruğunu onun dərisinə yeridəcək.

İndi Ocaqnejad Ağa özü İran parlamentində, onun quyruqları isə içimizdədir. Onların kürəyimizə minməsinə əsla şərait yaratmamalıyıq.

Təəssüf ki, Azərbaycanın qonşu sarıdan bəxti heç gətirməyib...

Elnur Məmmədli



Xəbəri paylaş

1304 dəfə oxunub.

Digər xəbərlər