Saytımızı qiymətləndirin


 
 

Koronavirus xəstəsinə cinayət işi açıldı
Tarix: 12-10-2021 | Saat: 10:47
Bölmə:Karusel / Region | çapa göndər

Şəki Şəhər Rayon Polis Şöbəsinə koronavirus xəstələri üçün nəzərdə tutulan səhiyyə müəssisəsində müalicə alan Oruc Musayevin nəzarətdən yayınaraq oranı tərk etməsi barədə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, keçirilən tədbirlərlə aktiv COVID-19 xəstəsi olan həmin şəxsin sağalmadan, qanunsuz olaraq xəstəxananı tərk etməsi və taksi ilə Zaqatalada yaşadığı ünvana gəlməsi müəyyən edilib.

 

Digərlərinin də sağlamlığına təhlükə yaradan O.Musayev barəsində Şəki Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.



Xəbəri paylaş

283 dəfə oxunub.

Digər xəbərlər