Saytımızı qiymətləndirin


 
 

Azərbaycan və Türkiyə XİN rəhbərləri Belqradda görüşüb
Tarix: 11-10-2021 | Saat: 14:57
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ceyhun Bayramov, Mövlud Çavuşoğlu

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belqradda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

Qarabaqinfo.az-nın xəbərinə görə, bu barədə Türkiyənin XİN rəhbəri “Twitter”də bildirib.

“Can Azərbaycanın xarici işlər naziri, qardaşım Ceyhun Bayramovla bu dəfə Belqradda görüşdük. İkitərəfli əlaqələrimizi və noyabrın 12-də İstanbulda keçiriləcək Türk Şurası Zirvəsinə hazırlıqları müzakirə etdik”, - M. Çavuşoğlu qeyd edib.

Xatırladaq ki, Belqradda Qoşulmama Hərəkatının 60 illiyi ilə əlaqədar beynəlxalq konfrans keçirilir. APA



Xəbəri paylaş

2246 dəfə oxunub.

Digər xəbərlər