Saytımızı qiymətləndirin


 
 

Tərtərdə qanunsuz fəaliyyət göstərən qarğıdalı çubuqları müəssisəsi bağlanılıb
Tarix: 11-10-2021 | Saat: 12:33
Bölmə:Karusel / Sosial | çapa göndər

Tərtərdə qanunsuz fəaliyyət göstərən qarğıdalı çubuqları müəssisəsi bağlanılıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən daxil olan vətəndaş müraciəti əsasında Tərtər rayonu, Ədalət Paşayev küçəsində fəaliyyət göstərən, sahibkar Həsənov Anar Mehman oğluna məxsus şirin qarğıdalı çubuqları istehsalı müəssisəsinə baxış keçirilib.

AQTA-dan Qarabaginfo.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, həmçinin müəssisədə qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalara əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativ aktların tələblərinə cavab vermədiyi məlum olub. Belə ki, xammal olaraq istifadə edilən qarğıdalı unu, rəngləndirici maddələr, vanil və saxarozanın müvafiq müşayiətedici sənədlərlə təmin olunmadığı, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçirilmədiyi, müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin görülmədiyi aşkar olunub. Aşkar edilmiş faktlarla bağlı sahibkar inzibati məsuliyyətə cəlb olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.



Xəbəri paylaş

1244 dəfə oxunub.

Digər xəbərlər