Saytımızı qiymətləndirin


 
 

“Sevinməyi özümə ayıb bildim, qardaş üzərində qələbə olmur” – Rafiq Hüseynov 
Tarix: 09-10-2021 | Saat: 13:11
Bölmə:Karusel / Müsahibə / İdman | çapa göndər

“Sevinməyi özümə ayıb bildim, qardaş üzərində qələbə olmur” – Rafiq Hüseynov 

Azərbaycanın Yunan-Roma güləşçisi, dünya və Avropa çempionu Rafiq Hüseynov ötən gün Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatının qalibi oldu.

Qarabaginfo.az Hüseynovun müsahibəsin təqdim edir:

- Rafiq bəy, özünüzü bu cür böyük uğura hazırlamışdınızmı?

- Bu mənim böyüklərdən 10-cu dünya çempionatım idi. Fərqli qalibiyyətlərim olub, lakin qızıl medal və dünya çempionu kəmərim olmamışdı. 26 illik idman yolu keçmişəm. Dünya çempionu kəməri üçün çox hazırlaşmışdım. Şadam ki, sonda buna nail oldum.

- Qalibiyyətiniz zamanı hansı hissləri keçirdiniz?

- Qələbə zamanı insan çox sevinir. Lakin mən sevincimi çox hiss etdirmədim. Çünki rəqibim qardaş Türkiyənin təmsilçisi idi. Bu səbəbdən sevinməyi özümə ayıb bildim. Biz bir millət iki dövlətik. İki qardaşın bir-biri üzərində qələbəsi olmur.

- Artıq güləş üzrə dünya çempionusunuz, bundan sonrakı hədəfləriniz nədir?

- Hələki heç bir hədəf yoxdur. Sadəcə ailəmə qovuşmağı düşünürəm. Sevdiklərimlə, ailəmlə birlikdə qələbəni qeyd edəcəm. Sonra federasiya rəhbəri nə məsləhət görsə, ona uyğun işlər görəcəyik.

- Möhtəşəm qələbədən sonra kameralar vasitəsi ilə atanıza müraciət etmisiniz və bütün mediada böyük marağa səbəb olub. Bu haqda nələr deyə bilərsiniz?

- Müraciətim sevincimdən yarandı, bilərəkdən və ya əvvəldən düşünülmüş hərəkət deyildi. Atam uzun illərdir məni dünya çempionu kimi görmək istəyirdi. Müəyyən səbəblərə görə bəxtim gətirmirdi, bu dəfə bəxt üzümə güldü, dünya çempionu oldum. İstədim bütün dünya bilsin ki, atam üçün dünya çempionu medalını qazandım.

Lakin bu qələbəmi atama deyil, bütün türk dünyası şəhidlərinə, 44 günlük qələbəmizə həsr etdim.

- Ailəniz, yaxınlarınız bu qalibiyyətinizi necə qarşıladı, nə zaman geri dönəcəksiniz?

- Təbii ki, hər biri sonsuz dərəcədə xoşbəxtdirlər. Hər biri təbrik edir,  bacardığım qədər cavablandırmağa çalışıram. Səbirsizliklə onlara qovuşmağı gözləyirəm. İnşallah 12 oktyabr, 17:45-də vətənə geri dönəcəm.

Müsahibə: Yenisabah.az

“Sevinməyi özümə ayıb bildim, qardaş üzərində qələbə olmur” – Rafiq Hüseynov 
“Sevinməyi özümə ayıb bildim, qardaş üzərində qələbə olmur” – Rafiq Hüseynov 


Xəbəri paylaş

371 dəfə oxunub.

Digər xəbərlər