Saytımızı qiymətləndirin


 
 

Bayden qaçqınların qəbulu üzrə kvotanı ikiqat artırıb
Tarix: 09-10-2021 | Saat: 06:52
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ prezidenti Co Bayden

 

 

ABŞ prezidenti Co Bayden 2022-ci maliyyə ilində ölkəyə qaçqın qəbulu üzrə kvotanı 62,5 min nəfərdən 125 minədək artırıb.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir.

“2022-ci maliyyə ilində 125 minə qədər qaçqının ABŞ-a qəbulu humanitar fikirlərlə əsaslandırılır və ya başqa şəkildə milli maraqlara cavab verir”, - deyə amerikalı lider vurğulayıb.

Bununla yanaşı, Vaşinqton administrasiyası Avropa və Orta Asiya ölkələrindən 10 min qaçqın qəbul etmək niyyətindədir.

Bir müddət əvvəl hökumət qaçqınların ölkəyə qəbulu üzrə kvotanın artırılması ilə bağlı niyyətini Konqresə də çatdırmışdı.



Xəbəri paylaş

1277 dəfə oxunub.

Digər xəbərlər