Saytımızı qiymətləndirin


 
 

Aysel İbrahimova: "Şəhid qızı olmaq qürurverici haldır"
Tarix: 08-10-2021 | Saat: 11:44
Bölmə:Karusel / Müsahibə | çapa göndər

Cərrah-onkoginekoloq Aysel İbrahimova: "Şəhid qızı olmaq qürurverici haldır"

- Aysel xanım, necə oldu ki, həkim oldunuz?

- Mən Şuşada dünyaya gəlmişəm. Amma atamın işinə görə o vaxt Laçına köçdük. Sonra müharibə başlayanda atam bizi Bakıya göndərdi və özü könüllü olaraq döyüşə getdi. Bir müddətdən sonra xəbər gəldi ki, yaralanıb. Snayper yarası almışdı, qaraciyəri parçalanmışdı. Vəziyyəti gecəylə ağırlaşdı. Hamı xəstəxanada idi. Uşaq olsam da, hər şey gözümün qarşısında baş verdi. Atamı Dağüstü Parkda dəfn edəndə qərar verdim ki, həkim olacağam. Şükür ki, məqsədimə çatdım. Atamla fəxr edirəm. Şəhid qızı olmaq qürurverici haldır.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- Artıq on ildir ki, bu sahədə fəaliyyət göstərirəm.

- Bu on il ərzində nə müşahidə etdiniz?

- İnsanlarımız öz sağlamlıqlarına laqeyd yanaşırlar. Bu hal məni narahat edir.

- Niyə məhz ginelologiya sahəsini seçdiniz?

- Əslində mən cərrahiyə sahəsini seçmişdim. İxtisasım onkoloq-cərrahdır. Sadəcə olaraq, giekoloji profili özümə yaraşdırıb götürdüm.

- İş prinsiniz necədir?

- İşimə çox diqqətli və məsuliyyətlə yanaşmaq əsas prinsipimdir.

- Bu sahədə sizi narahat edən məsələ nədir?

- Xanımların əksəriyyəti ev şəraitində özlərini müalicə etməyə cəhd göstərirlər. Həkimlə məsləhətləşmirlə. Bu da nəticədə çox ağır fəsadalara gətirib çıxardır.

- Bir ginekoloq olaraq nəyə "yox" deyirsiniz?

- Türkəçarələrə "yox" deyirəm. Çünki türkəçarələr bəzən elə böyük fəsadlara yol açır ki, biz-həkimlər də o fəsadların qarşısında çarəsiz qalırıq.

- Xaraktet olaraq necə biridir Aysel xanım?

- Çox şən və pozetiv biriyəm. Pasientlərimlə də elə olmağa çalşıram.

- Xanımlara nə məsləhət görürsünüz?

- Məsləhət görürəm ki, öz xarici gözəllikləri ilə yanaşı daxili gözəlliklərinə və sağlamlıqlarına da fikir versinlər. Ən azı altı aydan bir həkim müayinəsindən keçsinlər. Qadınlarımız nə qədər sağlam və təravətli olarlarsa, bir o qədər də gözəl görünərlər. Gözəllik hər zaman daxildən gəlir, deyə düşünürəm.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, bu iş bu qədər çətin və məsuliyyətli olar.

Əlaqə nömrəsi: (055) 574 47 44

Cərrah-onkoginekoloq Aysel İbrahimova: "Şəhid qızı olmaq qürurverici haldır"
Cərrah-onkoginekoloq Aysel İbrahimova: "Şəhid qızı olmaq qürurverici haldır"
Cərrah-onkoginekoloq Aysel İbrahimova: "Şəhid qızı olmaq qürurverici haldır"
Cərrah-onkoginekoloq Aysel İbrahimova: "Şəhid qızı olmaq qürurverici haldır"
Cərrah-onkoginekoloq Aysel İbrahimova: "Şəhid qızı olmaq qürurverici haldır"

/stimulxeber.az



Xəbəri paylaş

1352 dəfə oxunub.

Digər xəbərlər