Saytımızı qiymətləndirin


 
 

Sözü varsa, üzümüzə desin” - Çavuşoğlu
Tarix: 07-10-2021 | Saat: 19:39
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

“Tarixində müstəmləkəçilik kimi qara ləkəsi olmayan Türkiyəni bu mübahisələrin içinə çəkməsi son dərəcə yanlışdır”.

Qarabaginfo.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Fransa Prezidenti Emmanuel Makronun Əl-cəzairlə bağlı ölkəsini ittiham etməsinə cavab olaraq deyib.

“Son zamanlar Fransanın öz müstəmləkəçilik tarixi ilə üzləşməyə çalışdığını görürük və bunu müsbət qarşıladığımızı daha əvvəl də ifadə etmişdik. Ancaq son vaxtlar tarixi mövzularda yanlış şərh və yayındırmalar müşahidə edilir.

Bu məsələdə Fransanın nə qədər səmimi olduğuna dair suallar artmağa başlayıb. Xüsusən tarixində belə bir ləkəsi olmayan Türkiyəni də bu mübahisələrin içində çəkməyə çalışması yanlışdır”, - Çavuşoğlu bildirib.

XİN rəhbəri qeyd edib ki, Makronun yanaşması ölkəsindəki seçkiqabağı vəziyyətlə əlaqədardır:

“Halbuki nə Fransada, nə də başqa ölkələrdə belə ucuz yanaşmalar seçkilərdə fayda verir. Ona görə də belə populist yanaşmalar əvəzinə, öz xalqının etibarını qazanmaq üçün addımlar atmalıdır.

Makronun bizimlə bağlı deyəcək sözü varsa, arxamızdan deyil, birbaşa üzümüzə söyləməsinə üstünlük veririk”



Xəbəri paylaş

1234 dəfə oxunub.

Digər xəbərlər
10-04-2022, 23:31 İran AES inşa edir