Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda epizootoloji monitorinqlərə başlanılıb
Tarix: 07-10-2021 | Saat: 15:17
Bölmə:Karusel / Sosial | çapa göndər

Azərbaycanda epizootoloji monitorinqlərə başlanılıb

Heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərin qarşısının alınması və onların vaxtında aşkarlanması, habelə ölkə ərazisində epizootik vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən epizootoloji monitorinqlərə başlanılıb.

AQTA-dan Qarabaqinfo.az-a verilən məlumata görə, monitorinqlər çərçivəsində iri və xırdabuynuzlu heyvanlar arasında brusellyoz və dabaq xəstəliklərinə qarşı peyvənddən sonrakı immun fonun təyini, həmçinin brusellyoz, infeksion epididimit, xırdabuynuzlu heyvanların taun xəstəliklərinin diaqnostikası üçün seroloji müayinələr aparılması nəzərdə tutulub/

Epizootoloji monitorinqlərin nəticələrindən asılı olaraq zəruri baytarlıq tədbirləri həyata keçiriləcək.



Xəbəri paylaş

2247 dəfə oxunub.

Digər xəbərlər
21-06-2023, 09:31 Moskvaya dron hücumu
25-02-2023, 11:12 Lukaşenko Çinə gedir