Saytımızı qiymətləndirin


 
 

Türkiyəli nazir: “Bakı-Tbilisi-Qarsın daha yüksək səviyyəli fəaliyyəti ilə bağlı müzakirələr aparılıb”
Tarix: 06-10-2021 | Saat: 22:04
Bölmə:Karusel / Region | çapa göndər

 

Türkiyəli nazir: “Bakı-Tbilisi-Qarsın daha yüksək səviyyəli fəaliyyəti ilə bağlı müzakirələr aparılıb”
Adil Karaismailoğlu

“COVID-19 pandemiyasının başa çatmasından sonra müsbət nəticələr əldə edəcəyimizə dair tədbir keçirdik. Bu toplantını həm də dost, qardaş ölkələrlə əməkdaşlığımızı gücləndirmək üçün gözəl fürsət kimi qiymətləndirirəm".

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu XII Nəqliyyat və Kommunikasiya Şurasında jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, bugünkü tədbirdə həmkarları ilə Bakı-Tbilisi-Qars dəmiryol xəttinin daha yüksək səviyyəli şəkildə fəaliyyət göstərməsi, eləcə də tələb və təklifləri artırmağın yollarına dair müzakirələr aparıb: "İnşallah yaxın günlərdə müzakirələrin müsbət nəticələrini əldə edəcəyik".(Report)



Xəbəri paylaş

1294 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 14:45Tofiq Hüseynov - 70