Saytımızı qiymətləndirin


 
 

Mikayıl Cabbarov: “Pandemiyaya görə yardım 5 milyon vətəndaşı əhatə edib
Tarix: 06-10-2021 | Saat: 10:44
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

Mikayıl Cabbarov karyera qurmağa başlayan gənclərə dəvət ünvanlayıb - VİDEO
Mikayıl Cabbarov

“Koronavirus (COVID-19) pandemiyasından əvvəl dünya iqtisadiyyatında orta hesabla 3,5% illik artım olmuşdusa, pandemiyanın davam etdiyi 2020-ci ildə 3,2% azalma olub”.

Qarabaginfo.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda tədbirdə bildirib.

“Ötən il pandemiya ilə bağlı Azərbaycanda ümumi daxili məhsil 4,3% azalıb. Dövlətin gəlirləri azalsa da, hökümət makro iqtisadi sabitliyin təmin edilməsi üçün əhaliyə və biznesə 2,7 milyard ABŞ dolları məbləğində yardım göstərib. Bu yardım paketi 5 milyon vətəndaşı əhatə edib”, - deyə o, qeyd edib.

Nazirin sözlərinə görə, 2021-2022-ci illər Azərbaycan iqtisadiyyatının bərpa dövrü olacaq və münbit dinamika bu ilin sonuna qeyri-neft ixracının dəyərini 2,2 milyard dollara çatdırmağa imkan verəcək.



Xəbəri paylaş

1265 dəfə oxunub.

Digər xəbərlər
16-12-2017, 12:26 Ordu, yoxsa qələm?