Saytımızı qiymətləndirin


 
 

Telman İsmayılovun Rusiyaya ekstradisiyasına hazırlıq görülür
Tarix: 05-10-2021 | Saat: 13:30
Bölmə:Karusel / Hadisə | çapa göndər

 

Тельман Исмаилов внес ясность в информацию о своем банкротстве (ЭКСКЛЮЗИВНОЕ ИНТЕРВЬЮ)

Rusiya Baş Prokurorluğu azərbaycanlı iş adamı Telman İsmayılovun Rusiyaya təhvil verilməsi ilə bağlı sorğu hazırlamağa başlayıb.

Qarabaqinfo.az-nın Moskva müxbirinin Rusiya Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Telman İsmayılovun ekstradisiyası üçün Çernoqoriya prokurorluğu ilə əməkdaşlıq aparılır.

“Rusiya Federasiyası Baş Prokurorluğu beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş qaydada Çernoqoriyanın səlahiyyətli orqanları ilə qarşılıqlı əlaqə qurur. Hazırda Telman İsmayılovun Rusiya Federasiyasına ekstradisiyası üçün sorğunun hazırlanması işləri aparılır”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, Çernoqoriyanın Podqoritsa məhkəməsi oktyabrın 2-də Telman İsmayılovun barədə həbs qərarı çıxarıb. Rusiya tərəfinin sorğusu əsasında saxlanılan azərbaycanlı iş adamı iki sahibkarın qətlinin təşkilində günahlandırılır. APA



Xəbəri paylaş

2260 dəfə oxunub.

Digər xəbərlər