Saytımızı qiymətləndirin


 
 

"Zəngəzur dəhlizi açılsa, bu gün özünə şir deyən Tehranın quyruğu qapı arasında qalacaq"
Tarix: 03-10-2021 | Saat: 17:19
Bölmə:Karusel / Siyasət / Yazar | çapa göndər

Ayətullah Xameneyinin də bu “xoxgəlmə” xoruna qoşulmasına ciddi əhəmiyyət verməyinə dəyməz...
 
İRANIN cənub sərhədlərimiz boyunca hərbi təlimlərinə, bu təlimlərdən vəcdə gəlmiş Ermənistanın qıcıqlandırıcı təbliğat hay-küyünə, Tehran parlamentindəki anti-Azərbaycan xoruna və hətta İran XİN-in və ayətullah Xameneyinin də bu “xoxgəlmə” xoruna qoşulmasına ciddi əhəmiyyət verməyinə dəyməz. Özünün də yaxşı bildiyi səbəblərə görə Tehranın Azərbaycana hərbi müdaxiləsi mümkünsüzdür, onun özü üçün nonsensdir… yəni müharibə qorxusu yoxdur. 
 
İranın indiki təlaşı bölgədə yaranan yeni hərbi-siyasi və geopolitik reallıqlardır, Bakı ilə münasibətdə üzündəki “islami həmrəylik” maskasının cırılmasıdır, Türkiyə və xüsusən İsrailin bölgədə möhkəmlənməsi, Pakistanın bura ayaq açması, Zəngəzur dəhlizinin tezliklə işə düşmə ehtimalının artması, Türkiyə-Ermənistan yaxınlaşması və Rusiyanın bütün bu proseslərə loyal yanaşmasıdır. Hərbi təlimlər isə birbaşa İsrailə və Cənubda Qarabağ etirazı bildirən çoxmilyonlu Azərbaycan türklərinə qarşıdır…
 
Biz bölgədəki siyasəti iflasa uğramış və indi sərhədlərimizdəki hərbi təlimlərlə yaralanmış şir kimi nərə çəkən İranı başa düşürük. Bu ölkə ilə müştərək tarix, din və mədəniyyətimiz olduğunu da bilirik. Ona görə də səmimi və mehriban qonşuluğun vacibliyini dərk edirik. Biz İranın Qərb və İsrail ilə bağlı narahatlığına cavab olaraq “Azərbaycan ərazisi qonşu İran üçün təhlükə meydanı ola bilməz” bəyanatını dəfələrlə vermişik və ən çətin məqamlarında da Tehranı buna əmin etmişik. Amma İran Ermənistanı yanacaq və sikahla təmin etmək fikrindən bir gün də geri çəkilməyib. Bu gün də özünə şir deyən Tehranın quyruğu Ermənistan yığışmır və yaxşı anlayır ki, Zəngəzur dəhlizi açılsa bu quyruq qapı arasında qalacaqdır.
 Azərbaycanın düşünə bilən insanları Tehran rejiminin  son günlərdə yanlış siyasət yeritməsi qənaətindədir. Biz bu siyasətin həm də çoxmilyonlu soydaşımızın təmsil olunduğu  İran xalqının əleyhinə olmasını düşünürük. Ona görə də qonşu və dost xalqın heysiyyətinə toxunan hər hansı davranışı qəbul etmir, belə düşüncəsiz hərəkətləri pisləyirik. İran rejimi də mövcud reallıqları qəbul etməli, tarixi ənənəni və öz xalqının mənafeyini əsas tutaraq Azərbaycanla münasibətlərin çat verməsinın qarşısını almalıdır. Bunun ona ancaq xeyri dəyə bilər.
 
Qulu Məhərrəmli, Politoloq
(Moderator.az)


Xəbəri paylaş

1290 dəfə oxunub.

Digər xəbərlər