Saytımızı qiymətləndirin


 
 

Saakaşvili həbsxanadan məktub yazdı
Tarix: 02-10-2021 | Saat: 11:08
Bölmə:Karusel / Dünya | çapa göndər

Saakaşvili həbsxanadan məktub yazdı

 

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili hazırda saxlanıldığı 12 nömrəli Rustavi həbsxanasından məktub yazıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb. Məlumata görə, Saakaşvili məktubunda tərəfdaşlarını heç nədən qorxmamağa və sona qədər getməyə çağırıb. O, eyni zamanda Rusiyanı da ittiham edib. 

“Əziz yoldaşlar və çox sevdiyim gürcü cəmiyyəti, hər şeyi Kiyevdə qoyub bura gəldikdə bilirdim ki, böyük ehtimala görə, məni tamamilə uydurma, saxta hökmlərlə saxlayacaqlar. Buna baxmayaraq, mən gəldim, çünki öz ölkəmə və hər birinizə inanıram”, - deyə Mixail Saakaşvili yazır. 

Həmçinin, keçmiş Prezident tərəfdaşlarını seçkilərə getməyə və qələbənin hər birinin əlində olduğuna inanmağa çağırıb. 

“Sizdən çox xahiş edirəm ki, bir səs belə itməsin deyə hamı seçkilərə getsin və bundan sonra hamı birlikdə referendumun nəticələrini müdafiə etsin. Mənim və min qat daha vacib olan Gürcüstanın azadlığı tamamilə sizin aktivliyinizdən və yaxın günlərdəki döyüş hazırlığınızdan asılıdır. Beynəlxalq dəstək də həmçinin bundan asılıdır. Xahiş edirəm qorxmayın və qələbəmizin öz əlimizdə olduğuna sona qədər inanın”, - deyə Saakaşvili qeyd edib.

Qeyd edək ki, dünən 8 ildən sonra Gürcüstana qayıdan Mixail Saakaşvili saxlanılıb və Tbilisi yaxınlığındakı Rustavi həbsxanasında saxlanıldığı bildirilir. Saakaşvili parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsi və “Gürcüstan Birləşmiş Bankının” əməkdaşı Sandro Girqvlianinin öldürülməsi işi üzrə məhkəmənin üç instansiyası tərəfindən təqsirli bilinir.



Xəbəri paylaş

1264 dəfə oxunub.

Digər xəbərlər