Saytımızı qiymətləndirin


 
 

“Putin və Ərdoğan Soçidə Qarabağla bağlı razılığa gəlib” - Türkiyəli ekspert
Tarix: 01-10-2021 | Saat: 23:26
Bölmə:Karusel / Region | çapa göndər

“Putin və Ərdoğan Soçidə Qarabağla bağlı razılığa gəlib” - Türkiyəli ekspert

“2017-ci ildə başlayan Astana prosesi və Soçi müzakirələri ilə yeni mərhələyə qədəm qoyan Türkiyə-Rusiya münasibətlərini pozmaq istəyənlər bu istəklərinə nail olmayacaqlar”.

Qarabaginfo.az xəbər verir ki, bunu türk siyasi eksert Bərcan Tutar deyib.

Ekspert ABŞ-ın bu görüş ətrafında manipulyasiyaya yol verməyə cəhd göstərdiyini söyləyib:

“Gözlədikləri Türkiyə və Rusiya arasındakı əlaqələrin İdlib səbəbiylə pisləşməsidir. Amma bu cahillər yenə məyus olacaq. Ümidləri yenidən puça çıxacaq. Çünki onlar dünyanın və bölgəmizin dəyişən dinamikasını qavramaqdan hələ də uzaqdırlar. Soyuq Müharibə dövrünün dar ideoloji düşüncələri ilə mübarizə aparırlar.

Görüşdən əvvəl Rusiya lideri Putin Türkiyə ilə Suriya və Liviyada müsbət əməkdaşlıq etdiklərini vurğuladı. Türk və rus hərbçilərinin Qarabağdakı monitorinq mərkəzində birlikdə çox yaxşı işlədiklərini dedi. Görüşdə Əfqanıstan, təbii qaz təchizatı, Akkuyu stansiyası, “S-400”-lərin alınması və hərbi-texniki əməkdaşlıq kimi mövzular da müzakirə edildi.

Müzakirələrdən əvvəl Putin qeyd etdi ki, danışıqlar bəzən çətin olsa da, həmişə müsbət nəticələrlə sona çatır. Yəni Rusiya və Türkiyə arasında gərginlik gözləyən “qiyamçı”ları məyus etdi. Rusiya liderinin açıqlamaları göstərir ki, bu görüş digərləri kimi, iki ölkənin əməkdaşlığında yeni mərhələnin siqnalıdır. Çünki Ankara və Moskva arasında son illərdə sürətlənən siyasi koordinasiya Atlantik mərkəzli qlobal və regional status-kvoda dərin çat yaradıb.

Bəzi rəqabət sahələrinə baxmayaraq, inkişaf etdirilən funksional əlaqələr ABŞ və Avropaya qarşı hər iki ölkəyə bir çox üstünlük verir. Bu həqiqəti bilən Ərdoğan və Putin iki ölkə arasındakı münasibətləri zəhərləmək potensialına malik olan Suriya, Liviya, Krım, Kipr və Qarabağ kimi ciddi problemlərdə belə razılığa gələ bildilər”.

Bərcan Tutar vurğulayıb ki, Ərdoğan və Putinin əsl düşmənləri ABŞ və onun çirkli Suriya planlarıdır: “Bu səbəbdən son görüşdən sonra Ankara və Moskva arasında yaxınlaşmanın artacağı və iki paytaxtla ABŞ arasındakı uçurumun tədricən açılacağı yeni mərhələyə qədəm qoyacağıq”.(Teleqraf)



Xəbəri paylaş

1246 dəfə oxunub.

Digər xəbərlər