Saytımızı qiymətləndirin


 
 

Cəbrayılda “Türkiyə-Azərbaycan Qardaşlıq Meşəsi”nin yaradılmasına başlanılıb
Tarix: 01-10-2021 | Saat: 09:43
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Cəbrayılda “Türkiyə-Azərbaycan Qardaşlıq Meşəsi”nin yaradılmasına başlanılıb

Türkiyə Respublikasının Meşə və Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Cəbrayıl rayonu ərazisində salınacaq “Türkiyə-Azərbaycan Qardaşlıq Meşəsi”nin yaradılması istiqamətində işlərə başlanılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun iclasında bildirilib.

İclasda bildirilib ki, Türkiyənin Meşə və Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Cəbrayılda həmçinin “Təlim-tədris mərkəzi”nin və “Tinglik sahəsi”nin yaradılması istiqamətində də işlər aparılır.



Xəbəri paylaş

1224 dəfə oxunub.

Digər xəbərlər