Saytımızı qiymətləndirin


 
 

ABŞ Baş Qərargah rəisi Əl-Qaidənin bərpa olunması riskindən danışıb
Tarix: 30-09-2021 | Saat: 08:03
Bölmə:Karusel / Siyasət | çapa göndər

ABŞ Baş Qərargah rəisi Əl-Qaidənin bərpa olunması riskindən danışıb

ABŞ Baş Qərargah Rəisləri Birliyinin rəisi general Mark Milli "Əl-Qaidə" terror qruplaşmasının Əfqanıstanda 6 aydan 3 ilə qədər mövcud olacağının “real perspektiv”lərindən danışıb.

Qarabaginfo.az RİA Novosti-yə istinadən xəbər verir ki, general bu barədə Senatın Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə bildirib.

“Çox da uzaq olmayan bir zamanda, 6, 12, 18, 24, 36 aylıq müddətdə “Əl-Qaidə” və ya İŞİD-in bərpa olunacağı üçün real “perspektiv” var. İndi qarşıya qoyulan vəzifəmizdə fərqli şərtlər mövcuddur. ABŞ vətəndaşlarını Əfqanıstandan gözlənilən hücumlardan qorumağa davam edin”, deyə Milli vurğulayıb.



Xəbəri paylaş

1255 dəfə oxunub.

Digər xəbərlər