Saytımızı qiymətləndirin


 
 

Gürcüstan Baş nazirinin Azərbaycana səfəri başlayıb
Tarix: 29-09-2021 | Saat: 12:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

 Gürcüstanın Baş naziri İrakli Qaribaşvili istefa verib - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri başlayıb.

Qarabaginfo.az-ın yerli bürosunun xəbərinə görə, Gürcüstanın hökumət nümayəndələrini daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Gürcüstanın hökumət administrasiyasının məlumatına əsasən, səfər çərçivəsində İ. Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşlər keçirəcək.

Eyni zamanda, hər iki ölkənin Baş nazirlərinin iştirakı ilə Hökumətlərarası birgə İqtisadi Komissiyanın iclası keçiriləcək.

Qeyd edək ki, İ. Qaribaşvilini səfərdə müavini, xarici işlər naziri David Zalkaliani, iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava və hökumət administrasiyasının rəhbəri İliya Darçiaşvili müşayiət edir.



Xəbəri paylaş

261 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 14:45Tofiq Hüseynov - 70