Saytımızı qiymətləndirin


 
 

Ombudsman Aparatının əməkdaşları Şəkidə uşaq evinə başçəkmə həyata keçirib
Tarix: 28-09-2021 | Saat: 17:54
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Ombudsman Aparatının əməkdaşları Şəkidə uşaq evinə başçəkmə həyata keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Şəki Qarışıq Tipli Uşaq Evinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə keçirilib.

Ombudsman Aparatından Qarabaginfo.az-a bildirilib ki, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müxtəlif yaş qruplarından olan və müəssisədə yaşayan uşaqların saxlanma şəraitinin, hüquqlarının təmini vəziyyətinin, habelə müəssisə əməkdaşlarının onlarla rəftarı məsələlərinin öyrənilməsi olub.

Başçəkmə zamanı müəssisənin tibb, istirahət, yataq, əmək, oyun otaqlarına, kitabxanaya, ərzaq anbarına, mətbəxə, yeməkxanaya, idman zalına, sanitar qovşaqlara, camaşırxanaya baxış keçirilib və mövcud şərait araşdırılıb.

Müəssisədə rəftar məsələlərinin araşdırılması məqsədilə karantin rejimi qaydalarına əməl olunmaqla müəssisə rəhbərliyi, psixoloq və digər əməkdaşlarla fərdi söhbətlər və müsahibələr aparılıb.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlara milli və beynəlxalq qanunvericiliyə müvafiq şəkildə saxlanma şəraiti, tibbi xidmət və sənədləşmə ilə bağlı müvafiq tövsiyyələr verilib, müəssisənin daxilində yerləşdirilməsi məqsədilə Ombudsmanın 916 Çağrı Mərkəzi barədə məlumatı özündə əks etdirən plakatlar təqdim edilib.



Xəbəri paylaş

1275 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70