Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Ordusu ermənilər üçün abidə qurdu - Mixaylov
Tarix: 28-09-2021 | Saat: 14:22
Bölmə:Karusel / Region | çapa göndər

Sentyabrın 27-i Azərbaycan üçün çox əlamətdar bir gündür. Qarabağ uğrunda azadlıq müharibəsi 44 gün davam edən döyüşdən sonra parlaq qələbə ilə başa çatdı.

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Axar.az-a açıqlamasında rusiyalı ekspert, hərbi analitik Yevgeni Mixaylov bölüşüb.

Onun sözlərinə görə, İrəvan verdiyi vədləri və ilkin razılaşmaları yerinə yetirsəydi, müharibə olmaya da bilərdi.

“Lakin Ermənistan nəinki razılaşmaları və verdiyi vədləri yerinə yetirdi, həm də mütəmadi olaraq dinc sakinlərin və hərbçilərin həlak olduğu təxribatlar törətməklə Bakını qıcıqlandırmağa çalışdı. 2020-ci ilin sentyabr ayı Azərbaycan xalqının yaddaşında uzun müddət qalacaq və bir mərhələ kimi şüura yazılacaq. Bu müharibə onillərlə öz müstəsnalığı haqda miflər uyduran Ermənistanın tarixinə də, vətəndaşların beyininə də həkk olunacaq. Bu müharibə və onun nəticələri erməni xalqı və bundan sonrakı nəsillər üçün yalanların abidəsidir. Bu abidə tam olaraq uzun illər qonşularına qarşı qərəzli münasibətlərdə buraxılan səhvlərin bariz nümunəsidir. Təəssüf ki, bu, yalnız müharibədən sonra baş verib. İrəvanın siyasətçiləri ağılın çağırışına vaxtında qulaq assaydı, öz ölkəsini xaosdan qoruya bilərdi”, - deyə müsahibimiz qeyd edib.

 



Xəbəri paylaş

1274 dəfə oxunub.

Digər xəbərlər