Saytımızı qiymətləndirin


 
 

Azərbaycan çempionatında yenilik - Hakimlər müsahibə verəcək
Tarix: 28-09-2021 | Saat: 14:19
Bölmə:Karusel / İdman | çapa göndər

Azərbaycan çempionatında yenilik

Futbol üzrə Azərbaycan Premyer Liqasının qarşılaşmalarını idarə edən hakimlərin oyun ərzində qəbul etdikləri qərarların bəzi hallarda birmənalı qarşılanmaması nəzərə alınaraq, Hakimlər Komitəsi beynəlxalq təcrübədən yararlanmaqla hakimlərin oyunlardan sonra “CBC Sport” telekanalında müsahibələrinin təşkil olunmasına qərar verib.

Qarabaqinfo.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
 
Premyer Liqanın növbəti turundan etibarən baş hakim oyunda verdiyi müəyyən qərarları (qol, birbaşa qırmızı və ya ikinci sarı vərəqə, penaltinin olub-olmaması – VAR sisteminin protokoluna uyğun olan epizodlar) qarşılaşmadan sonra izah edə bilər. Ehtiyac duyularsa, müxtəlif rakuslardan təqdim olunan görüntülərə baxaraq epizodun müqayisəli təhlili aparılacaq.
 
Bu, VAR (Video Köməkçi Hakim) sisteminin tətbiqi istiqamətində növbəti addımdır. Əsas məqsəd şəffaflığın təmin olunması və oyun ərzində verilən hər bir qərarın hansı səbəbdən qəbul olunduğunu ictimaiyyətin nəzərinə çatdırmaqdır.

 



Xəbəri paylaş

2280 dəfə oxunub.

Digər xəbərlər
30-06-2022, 12:58 Sabah 38° isti olacaq