Saytımızı qiymətləndirin


 
 

Avropada qazın qiyməti 1 000 dolları ötüb
Tarix: 28-09-2021 | Saat: 11:02
Bölmə:Karusel / Sosial | çapa göndər

Avropada qazın qiyməti 1 000 dolları ötüb

Avropada qazın qiyməti 1 000 dolları ötüb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın min kubmetrinin qiyməti yenidən 1 000 ABŞ dolları ötüb.

Bu barədə Qarabaqinfo.az-a birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, 28 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) oktyabr fyuçerslərinin qiyməti 1 030 dollara yaxınlaşıb. Hərracların açıldığı vaxt bu göstərici 992 dollara yaxın idi.

Xatırladaq ki, son həftələr Avropada qazın qiyməti kəskin artmağa başlayıb. Bir ay əvvəl TTF indeksi ilə qazın 1 000 kubmetrinin qiyməti 500 dolları üstələyirdi.



Xəbəri paylaş

2241 dəfə oxunub.

Digər xəbərlər