Saytımızı qiymətləndirin


 
 

Ərdoğan: “ABŞ qoşunları Əfqanıstandan çıxdığı kimi İraq və Suriyadan da çıxmalıdır...
Tarix: 27-09-2021 | Saat: 08:12
Bölmə:Karusel / Dünya | çapa göndər

Ankara istərdi ki, ABŞ qoşunları Əfqanıstandan çıxdığı kimi Suriya və İraqdan da çıxsın. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın CBS telekanalına müsahibəsində belə deyib.

“Əlbəttə, əgər seçim şansı məndə olsaydı istərdim ki, onlar Əfqanıstandan çıxdıqları kimi Suriya və İraqdan da çıxsınlar”,-Ərdoğan jurnalistin sualına cavab olaraq bildirib.

Onun sözlərinə görə, əgər bu regionda sülhün təmin edilməsindən danışılırsa orada qalmağın mənası da yoxdur. “Biz sadəcə olaraq bu xalqlara, hökumətlərə qərarı özlərinin verməsinə imkan yaratmalıyıq”,-Ərdoğan belə deyib.

Bəs belə olanda Türkiyə Suriyada ABŞ-ın yerini tutmaq niyyətindədirmi? Ərdoğan bu suala belə cavab verib: “Biz istənmədiyimiz yerdə durmarıq, heç vaxt bizim iştirakımızdan məmnun olmadıqları yerdə qalmarıq”.

Xatırladaq ki, bu günlərdə Rusiya prezidenti Vladimir Putin Moskvada Bəşər Əsədi qəbul edərkən Suriyanın əsas probleminin hazırda oradakı “xarici qüvvələr” olduğunu deyib. Söhbət Suriya hökumətinin dəvət etmədiyi qüvvələrdən, yəni ABŞ və Türkiyə qüvvələrindən gedir.

Virtualaz.org



Xəbəri paylaş

1289 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 14:45Tofiq Hüseynov - 70