Saytımızı qiymətləndirin


 
 

Somalinin paytaxtında güclü partlayış olub - YENİLƏNİB
Tarix: 25-09-2021 | Saat: 15:33
Bölmə:Karusel / Hadisə | çapa göndər

 

Somalinin paytaxtında güclü partlayış olub - YENİLƏNİB

Bu gün Somalinin paytaxtı Moqadişo şəhərində kamikadze tərəfindən avtomobilin partladılması nəticəsində ən azı 8 nəfər ölüb, 7 nəfər yaralanıb.

Qarabaqinfo.az xəbər verir ki, bu barədə məlumatı "Agence France-Presse" (AFP) yayıb

"Əksəriyyəti mülki vətəndaşlar olan səkkiz nəfərin avtomobilin partladılması nəticəsində öldüyü və yeddi nəfərin yaralandığı təsdiqlənib", - deyə hadisənin baş verdiyi Hamar-Cacab rayonunun komissarı Mukavi Ahmed Mudi qeyd edib.

Şahidlərin sözlərinə görə, avtomobil prezident sarayının təhlükəsizlik məntəqəsində yoxlama zamanı partladılıb.

Agentliyin məlumatına görə, partlayışı "Əş-Şəbab" radikal qrupu öz üzərinə götürüb.

 

Bu gün Somalinin paytaxtı Moqadişo şəhərində güclü partlayış baş verib. İlkin məlumata görə, ölənlər var.

Qarabaqinfo.az  verdiyi məlumata görə, partlayış paytaxtın El-Qab rayonundakı yolda yerləşdirilən nəzarət-buraxılış məntəqəsində baş verib. Kvartal polis və əsgərlər tərəfindən nəzarətə götürülüb. APA



Xəbəri paylaş

2232 dəfə oxunub.

Digər xəbərlər