“Paşinyanın məqsədi Zəngəzuru bir Türkiyə vilayətinə çevirməkdir...”
Tarix: 24-09-2021 | Saat: 13:42
Bölmə:Karusel / Region | çapa göndər
1238 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 24-09-2021 | Saat: 13:42
Bölmə:Karusel / Region | çapa göndər
“Sünik Ermənistan üçün hər şeydir. Çünki bu, İrana gedən yeganə yoldur...”
"Xainin, kapitulyantın bir məqsədi olduğu açıqdır: onun hərəkətlərini və addımlarını izlədikdə bunun ilk növbədə, ermənilərin Sunikdən(Zəngəzurdan –S.L.) qovulması, döyüşə bilən qüvvələrin başlarının kəsilməsi olduğu görünür. Bu gün həbsdə olan icma liderləri öz vətənlərinin bir metr də olsun ərazisindən imtina etməyəcəklərini öz həyatlarıyla sübut etdilər. Nikol Paşinyan üçün belə insanlar qəbuledilməzdir".
Qarabaginfo.az xəbər verir ki, “Aysor” nəşrinin yaydığı məlumata görə, bunu Ermənistan Respublikaçılar Partiyasının üzvü Qagik Minasyan dünən keçirdiyi mətbuat konfransında söyləyib. O, hesab edir ki, Zəngəzurdakı erməni icma liderlərinin həbsi ilə guya bu bölgənin türklərə təslim edilməsi arasında birbaşa əlaqə var.
Q.Minasyan qeyd edib ki, Paşinyan Zəngəzur uğrunda mübarizəyə hazır olan liderləri həbs edərək “Sünik”in Gürcüstandakı “ilhaq edilmiş” Acarıstan kimi bir Türkiyə vilayətinə çevrilməsi ilə bağlı proqramını tamamlamaq istəyir.
“Acarıstan Gürcüstan üçün “başlanğıc” olduğu kimi, Sünik də bizim üçün “başlanğıc” olacaq. Ancaq Acarıstan Gürcüstan üçün son dərəcə əhəmiyyətli deyilsə, Sünik Ermənistan üçün hər şeydir. Çünki bu, İrana gedən yeganə yoldur və əgər Allah qorusun, indi Acarıstanda gördüklərimiz Sünikdə baş verərsə, Ermənistanın qalan ərazisinin gələcəyi əvvəlcədən müəyyən ediləcək” –deyə Qagik Minasyan bildirib.(Moderator)
Xəbəri paylaş
Digər xəbərlər
16-01-2024, 11:54
Prezident Lənkərana getdi
18-03-2022, 16:10
Xarkovda yaralanan azərbaycanlı sürücü təxliyə olundu
4-05-2018, 18:58
Prezident: “Sosial sahədə tam şəffaflıq yaradılmalıdır” - YENİLƏNİB
13-05-2022, 14:42
Ukraynanın sabiq prezidentləri "Azovstal"la bağlı çağırış edib
12-01-2018, 10:07
Röyanın keçmiş əri istintaqa ifadə verdi
6-04-2023, 14:33
Goranboyda hərbçilər qəzaya düşdülər
13-03-2021, 19:37
Ermənistan seçim QARŞISINDA: Revanşizm yoxsa dinc qonşuluq...